Zəhra bu gün baxçadan gələndə nənəsini ağlayan gördü. Tələsik onun yanına qaçıb niyə ağladığını soruşanda nənəsi ona gülümsədi. Alnından öpüb heç nəyin olmadığını dedi. Zəhra nənəsini yaman çox istəyirdi. Atasının yoxluğunun həsrətini, anasının küsgün dünyasının niskilinin təsəllisini yalnız nənəsinin həlim nəfəsində tapırdı. Zəhranın anası əynini dəyişdi, ona yemək verdi, axşam saatlarında televizorda “Xəbərlər” proqramının vaxtı idi. Nənəsi tələsik televizorun səsinin açdı, diqqətlə qulaq asmağa başladı. Zəhra yan otaqda idi. O öz gəlinciyi ilə söhbət edirdi. Bu gəlincik onun atasının ona almış olduğu yeganə hədiyyə idi. “Bu gün cəbhə xəttində vəziyyət gərginləşib. Düşmən ordumuza atəş açıb. Bir neçə saat davam edən qızğın döyüşlərdə cavab atəşi ilə düşmən xeyli itki verərək susdurulub. Çox böyük kədərlə qeyd etmək istəyirəm ki, bu döyüşlərdə Azərbaycan ordusunun 15 əsgəri şəhid olmuşdu...”.
Qonca nənə bu xəbəri eşidər – eşitməz dizlərinə döyə - döyə ağlamağa başladı. Zəhra nənəsinin səsinə otaqdan çıxdı. Amma nə olduğunu soruşmadan yerindəcə dayandı. Televizyada şəhid olan əsgərlərimizin adlarını deyirdilər. Hər şəhidin adını dedikcə Qonca nənə dizinə vururdu. Zəhranın kiçik gözlərindəki böyük kədər sezilirdi. Axı Zəhra atasının şəhidlik xəbərini anasının bətnində olarkən almışdı. Atasından ona qalan yeganə hədiyyə olan gəlinciyi isə atası hərbə getməzdən bir gün öncə alıb anasına vermişdi. “Ürəyimdən qız keçir, al bunu, həyatı bilmək olmaz. Işdi gələ bilməsəm bunu qızımıza verərsən. Atan vətən uğrunda getdi və cənnətdə onun necə böyüdüyünü görəcəyimi deyərsən. Səni və balamızı çox sevirəm. Yox əgər oğlum olsa ona mənim əsgər paltarımı verərsən” .
Bu, Zəhranın atasının anasına dediyi son sözləri idi. Zəhra sanki atasıyla danışırmış kimi hər gün o gəlinciklə söhbət edirdi. 
O, kiçik addımlarla nənəsinə yaxınlaşdı: “Nənə, onlar da atamın yanına getdilər?” – Yaşla dolu gözləri ilə nənəsinə baxdı. Amma o, cavab gözləmirdi, atasının nəfəsini nənəsindən almaq üçün onu sakitləşdirməyə gəlmişdi. 
Qonca nənə Zəhranı bağrına basdı. Göz yaşları sel olan şəhid anası bu gün ölən şəhidlərin anaları üçün də ağlayırdı. 
Bir neçə gün keçdikdən sonra Zəhranın təkidi ilə Qonca nənə şəhid oğlunun məzarının ziyarətinə getdi. O, atasının məzarı ilə hər dəfə görüşə gedəndə gəlinciyini də özü ilə apardı. Qonca nənə oğlunun məzarının başına dolanır, onunla danışır, ürəyini boşaldırdı. Amma ağlamırdı, kövrəlib susurdu, başıını uca tuturdu, sanki gözəl bir gəlmiş kimi ümidlə dayanırdı. 
-Nənə, niyə atamın yanına gələndə bu qədət sert olursan, gözlərindən yaşda gəlmir?
Zəhra yarışıltaq, yarıciddi nənəsindən sordu. 
-Mənim ciyərparəm, bir bura bax, gör nə qədər şəhidimiz var. Deməli, biz varıq, Vətənimiz var. Mən o vaxt bura gələndə ağlayardım ki, bura bos qalardı. Vətəni vətən edən onun şəhidləridi. 
Zəhra aldığı cavabdan məmnun idi. Onlar dualarini da oxuyub yavaş – yavaş evə qayıtmağa doğru yol aldılar. Birdən yan sıra qəbrlərin arasında üstü bayraqla örtülmüş yeni qəbr gördülər. Zəhra nənəsinin əlindən çıxıb o qəbrə tərəf getdi. Orda bir molla dayanmışdı. O molladan bu qəbrin niyə belə olduğunu soruşdu. Molla isə burda yatan əsgərin bir neçə gün öncə ölənlərdən birinin olduğunu dedi. Zəhra qəribə oldu. O bütün gecə düşündüklərini şəhidə danışmağa başladı
- Salam, əsgər, necəsən? Çoxmu canın yandı? Bilirsən, əsgər, sən ölərkən mən evdə idim, şirin bir yuxuda, atamın aldığı gəlinciklə yatmışdım. Mən arzularımla baş – başa idim. Səhər açıldı, axşam düşdü, heç nədən xəbərsiz yemək belə yedim. Sonra televizoru açdım, ordakı xala dedi ki, sənə güllə vurublar. Əsgər, axı, mən hardan bileydim ki, bu gecə sənin anan yata bilməyib? Bu qızmar yay günündə qalın yorğana bürünüb: “Allahım, bu nə soyuqdu belə? Sanki sümüklərimə buz çöküb, elə bil vucudum soyuyur? ” 
Axı mən hardan bileydim ki bu gecə nədənsə atan da yata bilməyib, elə hey səsini duyub, elə bil onu çağırırsan deyə dəfələrlə əlini telefona atıb. Ürəyinə bir ağırlıq çöküb? Mən hardan bileydim ki, bu gecə sevdalılar nigaran qalıb, aşiqləri ilə yuxuda vidalaşıb. Mənim atamın yanındasan, əsgər? Bilirəm ordasan. Mənim atam çoxdan gedib ora. Deyəsən uzaqdadı, neçə gündü ki yuxuma gəlmir. Indi anlayıram ki, o sizin yanınızda olub. Ona görə mənim yuxuma gəlməyib. Nə olar əsgər,atama de ki, ondan küsmürəm gəlsin. Bax söz verirəm bir daha ona yanımda qal deməyəcəm. Yetər ki yuxularıma gəlsin...” 
Qonca nənəni qəhər boğmuşdu. O Zəhranın əlindən tutub getmək istəyəndə gördü ki, cavan bir xanımla ele Zəhra yaşlarında bir qız gəldi. Sən demə bu uşaq da, bu məzardakı şəhidin balası imiş. Bu göyçək qız uşağı sual dolu baxışlarla Zəhraya baxdı. Zəhra qızdan şəhidin balası olduğunu öyrəndikdə ona dedi: “ Bilirsən, mənim atam da şəhid olub. Indi onun yanından gəlirik. Bilirsən, mənim atam hər gecə yuxuya gedən kimi yanıma gəlir. Mənlə söhbət edir. Sənin də atan gələck.” 
Qonca nənə Zəhranın əlindən tutub evə apardı. Amma onlar burda ən çox sevdikləri birini qoyub getdilər. Qonca nənə tək balasını, Zəhra isə yalnız yuxularda gördüyü atasını... Və... görün neçə - neçə əzizlər sevdiklərini məzara qoyur bu vətən üçün.

( Salam Esger başlıklı yazı gülnare tarafından 7.06.2015 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.