Online Üye
Online Ziyaretçi
.
Yürü könül!
Yürü könül, yürü şaha varalım,
Şikəstə könüllər intizar eylər.
İşi eşq olanın günü zülümdü,
Dili şamu-səhər ahu-zar eylər.
Fərhad külüng alıb dağmı çaparmış,
Məcnunu çöllərdə qurdmu qaparmış.
Şirin şirin olsa könül yaparmış,
Leylilər səhranı çəmənzar eylər.
Bülbül gül olmayan bağı dolanmaz,
Nədi bu məclisdə sağı(1) dolanmaz.
Varıb buralarda yağı dolanmaz,
Dostun baxçasına dost güzar eylər.
1. saqi
Hikmet Çarçılı ORHUN
.