Değerli kalem dostlarım, çok eski bir öykümün Azeri Diline çevrilmiş şeklini sizlerle paylaşmak istedim. Önceki yıllarda da bu öykümü paylaşmıştım. Bu haliyle de beğeneceğinizi umuyorum. 

Badam ŞƏkƏri

Uşaq anasının əlindən tutmuş, sıx olan izdihamlı küçədə ona buna çarparaq irəliləməyə çalışırdı. Vitrində gördüyü badam şəkəri aclığını yaxşıca üstələmişdi. İstədi, lakin anası onu eşitmədi. Oğluna daha sürətli getməsini dedi. Mahmud ağlamağa başladığında nə istədiyini soruşmuş , geridə qalan vitrinə baxmış, lakin alıb götürə bilməyəcəyini ,yanında çox pulu olmadığını deyərək yoluna davam etmişdi.

Necə olaydı ki, evin ehtiyacı bitirdi? Pulun onsuz da, dəyəri yox idi son zamanlarda. Birini alıb götürsə ,digər ikisi qalırdı. Üç uşağın xərci, tək maaşla asan deyildi. Nə deyə ,yoldaşının ağlına uyğun gəlib üç uşaq həyata gətirmişdi ? Guya birinin paltarlarıyla digəri də böyüyərdi. Allah inşallah qismətlərini verərdi. Bəlkə də ev kirayəsi olmasa minimum məvacib az -çox çatardı, amma kirayə imkan vermirdi. Üstəlik o xaraba evə maaşın üçdə birini verirdi. Bu isə qadının yoldaşına da çox toxunurdu. Qalan pul, cərəyan, su, məktəb xərcləri verərkən, mətbəx xərcləri belə məhdudlaşdırılırdı. Qurban bayramları olmasa, qonşu ət gətirməsə ət almağa da, imkan yox idi.

Hələ məktəb xərci… Liseyə gedən qızının tez-tez cırılan corabı belə əsəbini pozurdu. Üçünə atdığı düğümlerle bir corabı ancaq üç həftə geyə bilirdi . Onun balacası Əngin isə yoldaşlarıyla çox nadinc olmağa başlamışdı. Küçədə top oynamaqdan cırılan ayaqqabısı yenə tikilməkdən ayağına dar gəlməyə başlamışdı. Bir də bu balacanın hər gördüyünü istəməsi var idi . Qadın yaxşıca hövsələdən çıxırdı.
Bu gün bazar nə qədər də izdiham idi. Bu uşağın ağlamağı beynində də əks-sədalanır, yanından keçənlər uşağın ağlamasına fikir vermədən onu çəkişdirən anasına kim bilir nə qədər laqeyd bir ana gözüylə baxırdılar;

-Sus dedim, evə gedirik. Yol pulu da qalmadı bax!

Əslində bir manatı vardı ,amma o pula axşam üçün çörək alacaqdı. Dünən gecə əri yenə növbədə idi. Fabrikdə işləyirdi. Nə gecəsi nə gündüzü var idi. Qadın əlindən gələn bir iş olsa işləyə bilərdi ,amma təhsili yox idi. Bir neçə dəfə təmizlik işinə getmişdi .Lakin ya oğru deyib günahlandırılmışdılar, ya da işə layiq olmadığını bildirərək pulunu verməmişdilər.
Yol getməkdən çox yorulan uşaq, evə gedənə qədər badam şəkər deyə ağlamış, anasından da xeyli sillələr almışdı. Öz başına olan tikililər məhəllənin kənarında bu yaxınlarda sokülməli olan evlərin arasında idi. Yan qonşusu onu görüncə bir az dincəlməsi üçün beş dəqiqə bağçada olan masa ətrafında oturmağa dəvət etdi.

Mahmudun əli anasının əlində saatlarla qalmaqdan uyuşmuşdu. Ana uşağın əlini buraxan kimi o, divarın dibində oturub əvvəl axan burnunu qoluna sildi, sonra da gözyaşlarını silməyə başladı.
-Badam şəkəri istəyirəm, dedi yenədə.

Anası onu eşitmədi. Bazarda gördüklərini, uşaqla getmənin çətin olduğunu qonşusuna izah etdi 

.Qadının gənc qızı uşağı ,eşitmiş, evdən gətirdiyi akide şəkərini uşağa uzatmışdı ,amma bu onun kimi deyildi. Onun istədiyi deyildi .Qız nə qədər çalışdısada uşağa badam şəkəri verə ilmədi.Uşağın gözləri ağlamaqdan kiçilmiş, qızarmışdı. Anası yorğunluğundan uşağına əhəmiyyət vermədən qonşusundan icazə istəyib qalxdı.

Evə gəldiklərində uşaq hələ badam şəkəri istəyirdi. Qadın uşağın inadından və istəyindən yaxşıca bəlaya düşmüşdü amma əlindən bir şey gəlmirdi. Dərsə hazırlaşan qızına pulu olub- olmadığını soruşdu. Yox idi. Oğlundan pulu olub -olmadığını soruşdu, o isə sabah üçün imtahan pulu olduğunu bildirdi. Onu da ona verə bilməzdi.

Qadın şam yeməyini hazırlayarkan Mahmud yorğunluqdan büzüşərək köhnə döşəyin üzərində yatmışdı. Anası onun üstünü örtdü.o, beş yaşına yeni girmişdi. Atasının əyri müyrü kəsdiyi qısa saçları, keçən il alınan artıq qısa gələn mavi şalvarıyla nə qədər də ürək ağrıdan idi. Ona indi bir çuval dolusu Badam şəkəri verməyi nə qədər istəyərdi amma çarəsizlik imkan vermirdi. Görəsən qonşudan borc pulmu almalı idi. Belə bir şey üçün də borc istənməzdi o. Baqqala borcları onsuz da çox idi, bir də badam şəkəri varmı deyə getsə adam haqlı olaraq yaxşıca üzünü turşudacaqdı. Varsa da yox deyəcəkdi. Uşağ badam şəkərin çox istəmişdi . Birdən anasının dediyi ağılına gəldi; "Uşaq şişər, azda olsa onun istədiyini alın qızım!"

Qadın yoldaşını telefonla axtardı. İşyerində onu tapmaq elə asan deyildi. On dəqiqə sonra təkrar axtarıb onu tapıb soruşdu. Gələrkən badam şəkəri alıb gətirə bilib- bilməyəcəyini öyrəndi. O işlə işləməkdən çox yorğun olduğundan yoldaşına, bunun üçünmü məni axtarırdın deyə əsəbiləşib, qışqırib və telefonu bağladı.

Axşama doğru Mahmud oyandı, anasının ona verdiyi çörək tikəsini də yemədi. Badam şəkəri istəyirdi o ,yalnız badam şəkəri.

-Bax xarici tikə-tikə, içində badam gizli olan var ha ana, ondan…

Əlbəttə anası bunu bilirdi . Mahmud badam şəkərin vitrin şüşəsində göstərmişdi . Ağlına qonşu uşağının əlində gördüyü çəhrayı şəkərlər gəlmişdi. Qonşu qızı bunu onun yanında yemiş ona verməmişdi . Nə qədər də ləzzətli görünürdü. Anası onun badam şəkərə baxışını görəndə yanına çağırmış tavada şəkər və yağ ilə özünə şəkər edib çubuq taxaraq ona uzatmışdı. Amma indi Mahmud üçün nə edə bilərdi ki? O ağ şəkər istəyirdi, badam şəkəri.

Birazdan yoldaşı gələcəkdi. Ondan pul alıb dərhal bazara getməli idi. Hələki şəkərçilər mağazanı bağlamazdı. Mütləq biri açıq olardı. Bir dənə də olsa Mahmuduna badam şəkəri alib gələcəkdi.
Yoldaşı evə gələndə şam süfrəsini acarkan uşağın badam şəkəri istədiyini ,amma pulu olmadığından ala bilmədiyini söylədi. Şəkərçidən bir neçə dənə istəmək onsuz da mümkün olacaq iş deyildi. Süleyman dünən işə gedərkən baqqalın üzünü çevirdiyini duyub,bütün pulunun ona verdiyini, bir qəpiyi qalmadığını izah edərkən bakkal həm kədərlənmiş həm də borcun bitməməsi üzündən əsəbiləşirdi.

-Satacaq bir şeyimiz olaydı kaş ki… Bu köhnə sobanı bir yere vermek olardimi? 

-Nə ilə,necə qızışacaqsan qışda demişdi. Badam şəkəriylə mi? Bir daha soba almağa gücümüz yox, bir neçə il idarə edər bu soba, dedi Süleyman.

-Yoldaşından sen al götür, aylığında ödəyərik.

Süleyman xanımına tərs tərs baxdı. Kimdə pul var kimdən ala bilərəm? Kamaldan aldığımı üç aydır verə bilməmişəm, Adəmdən üç dəfə borc istəmişəm . Pulsuzluğun üzü qara olsun.
Mahmud o gecə çox gec yatdı. Televiziyada gördüyü heç bir şeyi göstərib mənə də alın deməmişdi . Halbuki hər vaxt alınmayacağını bilə-bilə istəyərdi. Anası onun üçün evdəki vəsaitlərdən çubuqlu şəkər etmişdi amma O istəməmişdi. Bu qırmızı idi O içi badamlı olan badam şəkərindən istəyirdi.
Səhər Mahmud şəkəri unutmuş kimi idi amma anası unutmamışdı. Ən çox da bazardan gəlirkən haqsız yerə vurduğu o yumruqlar üçün kədərlənirdi. Səhərə qədər gözünə yuxu getməmişdi. Bütün gecə maaşa qədər haradan pul tapa biləcəyini düşünmüş hec bir yol tapa bilməmişdi. Cehizində də satacaq bir şeyi qalmamışdı, ən son oğlunun xərcləri evdə olanları çox ucuz qiymətə satmışdi .Bir gündəliyinə təmizliyə xərc idi y.Çağıran da yox idi ki, qonşu Nəriman gəlib ondan qolundakı bilərziyi istədi. Borc istəmək nə qədər də çətin idideyə bilmədi.Həm Nəriman da keçən aylarda pula çox ehtiyacı olduğu halda bilərziyini satmamışdı.İndi bunu bilə-bilə necə istəyəcəkdi?. Onun izah etdiklərini dinlərkən belə Mahmuda necə badam şəkəri alacagını fikirləşib,dayandı.

Yoldaşı bu gün gündüz işləyirdi.O gəlincə birlikdə öz kəndlərindən olan Kasım böyük qardaşlarına getsələr, həm ziyarət edib,həm də çətinliklərini söyləsələr nə yaxşı olacaqdı. O az da olsa şübhəsiz bir az borc verərdi. Keçən il qızının qoluna tikiş atdırdıqlarında ondan borc almışdılar.Bunu daha əvvəldən niyəfikirləşə bilməmişdi ki?Öz-özünə gülümsəməyə başladı.

Axşamacan yoldaşını dörd gözlə gözlədi. Bişirdiyi yarma şorbası gözləməkdən tündləşmiş, uşaqlar acdığını söyləməkdən halsız düşmüşdülər.Evdə ayrı-ayrı süfrə qurulmazdı . Birlikdə yeməkdə bərəkət var deyərək gözlədirdi onları. Vaxt xeylicə irəlilədiyindən uşaqlarına süfrəni qurdu. Yoldaşı hələ gəlməmişdi. Gecə yarısına qədər gözlədi. Harada olar görəsən bu adam? Yoxsa borc pul tapmağa getmişdi?

………………………..
Mahmud, əlindəki badam şəkərlərini yaxşıca sıxmış, hələ bir dənə belə yeyə bilməmişdi. Gözyaşları yenə axırdı. Anası kədərlə qolundan çəkişdirmiş, kiçik bir cimdik atmış, qulağına pıçıldamışdı.


-Nə vardı bütün gecə badam şəkər deyə sayıqlayacaq, gördüyü yuxuya bax uşağın, sənin üzündən oldu bütün bunlar, eşşək dayçası! Mahmud, nələr olduğunu anlamamış amma canı yanmışdı. Doğrudan Mahmudun üzündənmi olmuşdu bütün bunlar? Yoxsa günahkar başqası idimi?
Hakim əlindəki toxmağı masaya sərtcə vurdu.


-Səssizlik!

Məhkəmə salonunda Süleymanın yoldaşı, uşaqları, kəndliləri Kasım böyük qardaş, baronun verdiyi vəkil vardı.

-Qərar, dedi Hakim, "Süleyman Karamanın Respublika Məhəlləsi, 12. küçədə olan Can Şəkərləmənin vitrin şüşələrini qıraraq üç yüz qram ağırlığında badam şəkəri götürdüyünü şahidləri və şübhəlinin etirafıyla da sübut oldu.141. maddəyə görə Zilyedinin razılığı olmadan başqasına aid olan bir malı, özünə və ya başqasına fayda təmin etmək məqsədiylə həmin yerdən götürdüyü təsbit olunub, üç ilə qədər ağır həbs cəzası, yüngülləşdirici səbəblərdən cəzanın iki il bir aya endirilməsinə, dörd yüzmanat pul cəzasına çarpdırılmasına…



Çeviren:Şair    


VİDADİ AĞDAMLI 
( Badem Şekeri başlıklı yazı F.Ç.Kabadayı tarafından 31.12.2014 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.