Tövbe
Son günlər Əlinin ağrılarını azaltmaq mümkün olmurdu. Renimasiyadakı bütün həkimlər səfərbər olmuşdu. Amma Əli üçün heç nə edə bilmirdilər. Artıq baş həkim Əkbər Qarayev Əlinin atası ilə danışmaq üçün dəhlizə çıxdı. Yazıq Həmzənin rəngi sapsarı olmuş halda Əkbər həkimin qabağına gəldi.
– Həkim, balam necədi? – Həmzənin səsi zorla çıxırdı. Ağlamaqdan gözləri qızarmışdı.
– Həmzə oğlum, sən dünya görmüş adamsan. Illərdi ki, oğlun üçün döymədiyin qapı qalmadı. Amma bu xəstəliyin müalicəsinin zor olduğunu bilirsən.
– Həkim, balam necədi? (Həmzə iki əli ilə Əkbər həkimin qollarından tutdu. Onun baxışlarının dərinliyində mümkünsüz ümid var idi)
– Əli yaxşı deyil… – Əkbər həkim susdu, gözləri doldu.
– Həkim…. – Həmzə sözünə davam edə bilmədi. Dizi üstə yerə çökdü. Onun bu halı çarəsizliyin ən son halı idi. Hər zaman ən çətin məqamlarda soyuqqanlılığını qoruyan Əkbər həkim belə bu mənzərə qarşısında göz yaşlarını saxlaya bilmədi.
Əlinin altı yaşı var idi. Üş yaşından bəri Ağ ciyər xərçəngindən əziyyət
çəkirdi. Həmzə mümkün olan bütün yollara əl atmışdı. Amma xəstəliyin inkişafının qarşısını almaq mümkün olmamışdı. Bu gün isə həkimlərin və ailə üzvlərinin məsləhəti ilə Həmzə Əlini evə gətirdi. Anası Zəhra qucağında altı aylıq körpəsi, Əlinin qardaşı Hüseynlə ilə ağlaya – ağlaya onları qarşıladı…Artıq dörd gün idi ki, Əlini evə gətimişdilər. Amma onun ağrıları dinmək bilmirdi. Hər dəfə Əlinin ağrıları qalxanda Həmzə susur, çarəsizcə balasına baxıb ağlayırdı. Həmzə artıq dayana bilmirdi, bəlkə hardasa balasının ölümünə belə razı idi. Yetər ki, Əlinin bu ağrıları dinsin. Çarəsizlik Həmzəni dəli etmişdi. Əliyə heç bir dərman kömək etmirdi. Nə qədər ağrıkəsicilər vursalarda onun ağrıları azalmırdı. Altı yaşlı bu körpə sanki hər gün bir az ölürdü. Az – az və dəhşətli şəkildə ölürdü. Cümə axşamı günü idi, yenə Əli dözülməz ağrılar içində qıvrılırdı. Həmzə nə qədər kömək etmək istəsə də bacarmadı. O başını götürüb evdən qaçdı. Əlinin səsini eşitməyəcək qədər uzaq qaçdı. Əlini qaldırıb bir taksi saxlatdı.
– Hara gedirik? – sürücü tənginəfəs maşına minən Həmzəyə maraqla baxıb soruşdu.
– Bilmirəm! Yolun haradısa məni də oralara qədər apar.
– Nəsə probleminiz var? – sürücü Həmzənin yaxşı olmadığını görüb sordu.
– Balam, canım, Əlim…. – ağlayır…
– Balanız? Nolub balanıza?
– Ölür, balam ölür və mən ona heç nə edə bilmirəm…
– Allah qorusun. Inşallah Allah balanıza qıymaz.
– Allah! Hanı o Allah? Altı yaşlı körpəni xərçəngdən öldürən Allah? – Həmzə üsyankar şəkildə dilləndi. O qəzəbli idi. Asılacaq günahkar, çarəsizliyin acısını çıxaracaq ünvan axtarırdı.
– Baxın, hər çətinliyin içində bir hikmət gizlənir.
– Mənim balamın xəstəliyi nəyin hikməti ola bilər? Bilirsən mən niyə sənin maşınını saxlatdım?
– Yox…
– Çünki oğlumun səsindən qaçırdım. Onun canı çox yanır, ağrıların şiddətindən günlərdi qışqırır. – Həmzə o qədər ağlamışdı ki, gücsüz düşdü.
Bayaqdan söhbət arasında o heç maşının maqnitafonunda oxuyan müsiqiyə diqqət etməmişdi. Indi araya sükut çökən kimi Həmzə musiqinin təsiri ilə xeyli susdu. Oxuyan musiqi Hz. Əli haqqında bir ilahi idi. Həmzə qeyri – ixtiyari olaraq musiqinin təsirinə düşmüşdü. O həm ağlayır, həm də illərdi həkimlərin gözlərində axtardığı ümid parçasını hardasa başqa ünvanlarda axtaracağını başa düşürdü. Artıq ətrafında baş verən hadisələrə cavab verə bilmirdi. O sadəcə ağlayırdı. Sürücü maşını axladı.
– Qardaş, gəl mənimlə.
O, Həmzənin əlindən tutaraq apardı. Həmzə sakitcə maşından düşdü. Onlar
məscidin qarşıında idilər.
– Bu gün o böyük insanın şəhadət günüdür. Balan üçün dua et. O evlad acısı nə demək olduğunu yaxşı bilir. Onun Hüseynini, Əbəlfəzini susuz şəhid ediblər. Onun Həsənini zəhərləyiblər. O, rəsulallahın silahdaşı, siradşı, vəlisidi.
– O kimdir? – Həmzə heyrətlə açılmış gözlərini sürücüyə dikərək dedi – mən hər zaman belə yerlərdən uzaq böyümüşəm. Mən dindar deyiləm.
– Tövbə qapısı hər zaman açıqdı qardaşım. Səni əmin edirəm ki, balanın nicatı bu qapıdadı. Yetər ki sən inan, qəlbin (əlini Həmzənin sinəsinə qoyaraq sözünə davam etdi) bax bu qəlbin ona qovuşun.
Sürücünün bu sözləri Həmzəyə o qədər təsir etmişdi ki, o məscidin içərisinə
daxil olmağa özündə güc tapmamış qapının qarşısında diz çöküb hönkür –hönkür ağlamağa başladı.
– Allahım, mənim sənin hüzuruna sunacaq heç nəyim yoxdu. Nə imanım, nə də ki, ibadətim! Amma bir sənin verdiyin canım var. O da sənə və əzizlərinə fəda olsun.
Ətrafda namaza tələsən möminlər hamısı Həmzənin başına yığılmışdı.
Sürücü oğlan ətrafdakılara işarə etdi ki, Həmzəyə kömək etsinlər. Onlar Həmzənin qolunda tutub onu məscidin içinə apardılar. Hamı bir nəfər kimi namaza dayandı. Məğrib namazı bitdikdən sonra Sürücü oğlan ayağa qalxıb insanlara müraciət etdi.
– Baxın qardaşlarım, bu kişinin balasını adı Əlidi. Əli xərçəngdi və son günlərini hətta bəlkə də son saatlarını yaşayır. Bu gün cümə axşamıdı, bu gün Mövlamızın şəhadət günüdü. Bu gecə olan dualar geri çevrilməz. Gəlin balaca Əli üçün dua edək.
Hamı bir nəfər kimi səcdəyə getdi. Bir anda onlarla mömin dua etdi. Daha
sonra Hz. Əlinin eşqinə bir neçə nohə oxunduqdan sonra Komeyl duası başladı. Dua oxunduqca Həmzə sanki yuxudan ayılırdı, bütün həyatı gözünün önündən keçdi. Artıq ona elə gəlirdi ki, Əlinin ağrıları azalıb. Gözlərinin önündə dərin bir işıq və bu işığın içindən doğan bir nur ona güc verirdi. Həmzə ilk dəfə idi ki Rəbbinin hüzurunda idi. Rəbbi onu sevirdi. Sən demə Allah Həmzəni həmişə gözləyirmiş. Həmzə ayağa qalxdı. Bayaqdan yerimək üçün özündə güc tapmayan Həmzə indi güclü idi. O iri addımlarla evə getdi. Ordakı möminlər onu saxlamaq istəsələrdə sürücü oğlan mane oldu.
– O artıq axtardığını tapdı. Əminəm ki yenə gələcək. Indi isə balasının yanına getməlidi.
Həmzə qaçaraq evə gəldi…Çox qəribə idi. Evdə sakitlik var idi. Son günlər
evdə hakim olan ağlamaq, qışqırıq səsləri kəsmişdi. Həmzə qapını açmağa cürət etmədi. Qapının ağzında donub qaldı. Tamam özünü itirdi. “Yəqin uşaq keçinib, Allahım mənə güc ver, məni balamla imtahan etmə, nolar bir möcüzə yarat, Əli eşqinə, Əliyə xatir bir möcüzə, Əlim yaşasın…” Həmzə çarəsiz halda yalvarırdı. Amma qapının ağzında dayanmışdı ki, Zəhra qapını açdı.
– Canım, içəri niyə keçmirsən? – Zəhra şaşqın, amma bir o qədər də sevincli halda dilləndi.
– Əli, Əli… – Həmzə cümləsini tamamlaya bilmədi.
– Qorxma, Əli yatıb.
Zəhranın bu sözləri Həmzəyə qəribə gəlsə də o heç nə demədi. Kirmiş içəri
girdi. Dərhal Əlinin yatağına yaxınlaşdı. Əli həqiqətən də yatmışdı. Günlər idi ki, Əli yatmırdı. Onun ağrıları dayanmırdı. Amma indi o yatmışdı. Həmzə Zəhranın da çaşqınlıq içində olduğunu hiss etdi.
– Neçə dəqiqədi ki, belə yatıb?
– Sən gedəndən yarım saat keçmiş olardı. Demək olardı ki ağrılardan nəfəsi kəsilirdi. Rəngi qaralmışdı. Amma nə olduğunu anlamadı. Qəfil külək başladı. Pəncərələr öz – özünə açıldı. Mən elə onları bağlamağa çalışırdım ki, ətrafa qəribə bir sükut çökdü. Sanki hər şey dayanmışdı. Mənə elə gəldə ki, saatlar belə durmuşdu. Bir neçə dəqiqədən sonra evə qəribə bir ətir doldu. Insan bu ətrin iyindən məst olurdu. Əli əlini yuxarı qaldırdı. Salam verirmiş kimi bir hərəkət etdi və dərhal yuxuya düşdü.
– Necə yəni? Bu qədər ağrılar bir andamı kəsdi?
– Elədir canım, bir anda. Nə olduğunu anlamadım. Yəqin Allahın uşağa yazığı gəlib.
– Zəhra, sən dediklərindən əminsən? – Həmzə bir az da əmin olmaq üçün soruşdu.
– Əminəm Həmzə.
Həmzə Əliyə yaxınlaşdı əllərindən öpdü, başını sığalladı. Əli gözlərini açdı.
– Ata, su istəyirəm…
Həmzə dərhal ona su içizdirdi. Əlinin rəngində fərq var idi. Onun rəngi azca
qızarmışdı. Həmzə onu uzatdı. Bu bir möcüzə idi – Əli rahat nəfəs alırdı.
– Zəhra, Əli norml nəfəs alır…
Zəhra ağlayaraq dedi:
– Həmzə gəl uşağı xəstəxanaya aparaq. Mən qorxuram. Biz deyən uşağımızı itiririk…. – Zəhranı hönkürtü boğdu.
Həmzə tamam qərarsızlıq içində idi. Xəstəxanaya getməyin ən yaxşı çıxış
yolu olduğunu düşündü. Onlar dərhal xəstəxanay yollandılar. Gecə yarı olmasına baxmayaraq Əkbər həkim onlardan qabaq artıq xəstəxanay çatmışdı. Həmzə təcili yardım qapısından girən kimi Əkbər həkim onları qarşıladı. Bütün şöbənin personalı səfərbər olmuşdu. Onlar iki saatdan çox Əlini müayinı etdilər. Bu iki saat ərzində bütün şəhərin qabaqcıl həkimləri xəstəxanaya gəldilər. Həmzə donub qalmışdı. Hamı ora – bura qaçır, heç kim Həmzəyə düz – əməlli məlumat vermirdi. lakin Həmzədə qəribə dəyşiklik var idi. Artıq o ümidi həkimlərin gözlərində yox – qəlbindən Rəbbinə gedən yolda, Hz. Əlinin qapısında görürdü. O bu gün ilk dəfə idi ki dua edirdi. Nəhayət uzun sürən müayinələrdə sonra Əkbər həkim və digər həkimlər otaqdan çıxdılar. Həmzə ilə Zəhra sakitcə onların qabağında dayandı. Hər ikisi də Əlinin halını soruşmağa cürət etmirdi.
– Həmzə oğlum, gözün aydın, Əli yaşayacaq…
Həmzə qulaqlarına inanmadı. Yerindəcə donub qaldı.
– Əlinin həyati götəriciləri normala dönüb. Düzdü bunun necə olduğunu biz də başa düşmədik. Amma ən önəmlisi odur ki, Əli xərçəngi yenməyi bacardı. Bir – iki aylıq yüngül müalicələrdən sonra o öz həmyaşıdları kimi olacaq – sağlam və qayğısız.
– Allahım sənə şükürlər olsun. Əlim yaşayacaq… – Zəhra göz yaşları içində sevinclə şükür etdi.
Həmzə illərdi ki, göz yaşları içində dayanıb sızladığı xəstəxana dəhlizində
bu gecə şükür səcdəsinə qapandı. Uzun müddət səcdədə qaldıqdan sonra qalxdı. Artıq səhər açılmışdı. Yadına sürücü oğlanın sözləri düşdü:
“Tövbə qapısı hər zaman açıqdı qardaşım. Səni əmin edirəm ki, balanın nicatı bu qapıdadı. Yetər ki sən inan, qəlbin (əlini Həmzənin sinəsinə qoyaraq sözünə davam etdi) bax bu qəlbin ona qovuşun.”
(
Tövbe başlıklı yazı
gülnare tarafından
7.05.2015 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.