Qocalmışam Men
.....QOCALMIŞAM MƏN.....
Getdiyim yolları gedə bilmirəm,
Dərd, kədər çəkməkdən qocalmışam mən.
Nəfəsi çox çətin alıb-verirəm,
Ömür sökülübdü, qocalmışam mən....
****
Naharda bir quzu təkcə yeyərdim,
Bir xərmən güləşi yelə verərdim,
Yorulmaq bilməzdim, yox idi dərdim,
Belim bükülübdü, qocalmışam mən....
****
Saçım qapqaraydı, şəvə tək parlar,
Xəyalımdan getmir o şirin anlar,
Dişimin altında kənək qoz çatlar,
İndi tökülübdü, qocalmışam mən....
****
Gəncliyin qədrini mən indi bildim,
Halımı sormayan dostları sildim,
Xainlik bilməyən bir şirin dildim,
Dilim tutulubdu, qocalmışam mən....
Mehmetəli Işık....IĞDIR
- Yorumlar 11
- Yorum Yaz
- Tebrikler
- Beğenenler
- Popüler Yazıları
Yorum yazmak için giriş yapın.