Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
Hal Halil Hal Halil
30.10.2023 · 513 · 6 · Tahmini 1 dk okuma
Şiir Vatan
Yıldız Yazı 31.10.2023
Son Yazıları
(0 oy)

Cumhuriyet Dediler Anlamadık Hür Yolu

Qütbləşmiş sağım solum     

Balıq ayaqdan deyil başdan qoxur.

 

Artıqdan bir baltadır ağacıma hər doğum

İzin verin mən yerimdəcə yuxluyum. 

 

Durmadan bəxş edirəm mən miyəm donor ?

Mənim ki yoxdur bu dünyaya bir borcum

 

Nə edim bilmirəm ötmür ki borum,

Niyyətlənib nəyisə də bir yoxluyum. 

 

Hara uzansa yanır qolum,

Keşməkeşlidir mübarizə yolum.

 

Necə dinməyim axı  ,

Anmır öz atasın oğul

 

Bilməm görəcəm mi ki xoşbəxt sonu

Ərimir gördüklərimlə buz donum.

 

Dülgər ki deyiləm bunları yonum

Qapalı pəncərələrə bir külək toxunum.

 

Sözümü də demədim içdən doldum

Etdiklərimlə tək mən özümü yordum.

 

İmkan yox ki havasını solum,

Məmləkətimə həmdərd olum. 

 

Arı kimi əlvana istərdim qonum

Pərim də dəlikdir çalmır ki uçum

 

Dillənmək mümkün mü ki sual da sorum

Qazanda yemək var , qaşığım qeyri dolu

 

Seçmir gözlərim ağ ilə bozu

Yel də əsmir apara qəlblərdən tozu

 

Meyilliyəm her deyiləni mən yozum

Taleyə inad yazılanı istərdim pozum

 

Söylə, necə rahat yatsın gorum,

Düşmür axı gözümdəki torum.

 

Gördük hər rəngi bu da cumhuriyətin bir tonu

Nə gəlibsə başıma haqqdır,budur sonum

         

Bu mudur hürriyət ondansa boğul

Ya da ayıl ki şans var yenidən doğul

 

 Yazdım bu sətrləri gözlərim dolu

 Ümman yerimsən mənim ,anla, ey gözəl dostum

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 6
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Cumhuriyet Dediler Anlamadık Hür Yolu

Hal Halil Hal Halil