Kalmışam Nalan Bu Sehrade İşim Cana Çetin
Qalmışam nalan bu səhradə işim cana çətin
Gündüzum tənha gecəm yalquz rəhim bina çətin

Çox məşəqqətlər bu şirkətdə oturmış canıma
Getməgim ev'için məhal'u çinməgim olmuş çətin

Bir nəfər aqil bu viranxanədə yox söz qana
Söyliyə dərdun nədir ey lövlöve guya çətin

Söyliyəm dərdim dikəlmiş dağdan olmuşdır uca
Hansı dərdim dinləson ey xosrovı vala çətin

Yirmi gündəndir əlavə dəgmiyip su canıma
Yeddi ildir şamim olmuşdır ədəs lobya çətin

Həmməşə beş ay huquqlar dalda qalmış ay kişi
Borca düşmək dannax altında çürünmək lap çətin

Mistarahlarda tapılmaz su sıçanlar yol salıp
İt poxı tutmuş ' tərədüd bər kəse bina çətin

Ol qədər olmış əziyət bir nigəhban qalmayıp
Baskula qaç tez qəyid gəl zənciri qovza çətin

Məəlum olmur burda qardaş kim ağadır kim nökər
Burda olmaq  burda qalmaq bər kəse dana çətin

( Kalmışam Nalan Bu Sehrade İşim Cana Çetin başlıklı yazı faramarz-abdollahpur tarafından 5.03.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.
 

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu