Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Bezek Etmiş Menim Yarım Çekilmiş Kaş Yaya Benzer

Bezek Etmiş Menim Yarım Çekilmiş Kaş Yaya Benzer
Bəzək etmiş mənim yarım çəkilmiş qaş yaya bənzər
Çıxıbdır pərdə dalından bədirlənmiş aya bənzər

Özi göyçək gözi göyçək danışıqı sözi göyçək
Alıbdır cilvəni həqdən bərəkətli paya bənzər

Məlahətlə alır canım sevincim nazlı tərlanım
Dutur gərdən yerişinnən qara tel durnaya bənzər

Çağırıram dayan yarım mənim ey nazlı dildarım
Gedir eşqə düşən yer üçün yaşıl başlı quya bənzər

Durub aşiq olan yerdə ürək ğəm çehrə pəjmurdə
Axıdır gözlərin yaşın çaya düşmiş aya bənzər

Dedim qız tökmə göz yaşın qara gün çulqayıb başın
Baxıb tetrətdi göz başın tufanlı dəryaya bənzər

Dedim ey nazənin yarım səni vermiş mənə tarım
Dolandırdı üzin gördim yanaqlar heyvaya bənzər

Dedi eşqunda varsan mi? Mənə sidqilə yarsan mi? 
Yaki boş sözdi bu eşqun yalançı bir haya bənzər

Dedim ey ğəm çəkən yarım yarımsan ey mənim yarım
Dodaqun püstədən dadlı yanaqun almaya bənzər

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Bezek Etmiş Menim Yarım Çekilmiş Kaş Yaya Benzer

Bezek Etmiş Menim Yarım Çekilmiş Kaş Yaya Benzer

faramarz-abdollahpur faramarz-abdollahpur