Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Yar Yolına Gözim Tikip Hey Bakaram Guzarine

Yar Yolına Gözim Tikip Hey Bakaram Guzarine
Yar yolına gözim tikip hey baxaram guzarinə
Hüsnini görmək istərəm durmışam intizarinə

Ah bədənim necə əsir şadlıq amanımı kəsir
Ay ürəğim nə tələsir mən baxam ay üzarinə

Mən onı sövmişəm əzəl görməmişəm onda həzəl
Ğəmzəli işvəli gözəl mən dözərəm azarinə

Cülvəsi ruhımı talıp ğəmzəsi canə od salıp
Səbru qərarımı alıp qurbanam ol nəzarinə

Ta ki cəmalını görəm səxalıdır edər kərəm
Mehru mühəbbət istərəm mən gedəram bazarinə

Hər nə ki istərəm əcul bir dəfə eyləməz məlul
Hər nə desə sözi qəbul mən baxaram yazarinə

Göndərə bir qədəh içəm yaxçı ilə pisi seçəm
Can orağıyla ğəm biçəm istəsə keştezarinə

Ey sənəme rəhe hoda ismivi eylərəm səda 
Kim canın eyləməz fəda bir belə nazlı yarinə

Tarix:2024/03/15

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 20
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Yar Yolına Gözim Tikip Hey Bakaram Guzarine

Yar Yolına Gözim Tikip Hey Bakaram Guzarine

faramarz-abdollahpur faramarz-abdollahpur