Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Bu ki Meyhaniye Çatdım Özim Üryan Eledim

Bu ki Meyhaniye Çatdım Özim Üryan Eledim
Bu ki meyxaniyə çatdım özim üryan elədim
Çun ki bu xirqəni rəhne meye rendan elədim

Etmədun cürədə ehsan mənə axşam hərçənd
Şəm'e tək gözlərimin yaşını əfşan elədim

Bir ömir hərnə ürək elmu əməl cəm eləyip
Hamısın fedyeye ol zülfe pərişan elədim

Fələkin əyri çomaqi çəkip ommid əlimi
Hər nə vaqt'ki əlimi suye zinəxdan elədim

Məni mey curmına qorxutma otıynan zahed
Hərnə əhde əzəl əmr etdi mən ondan elədim

Bu cırıq xirqəmə düğmə kimi səf bağlıyırı
O düğün ki yaxadan ta təhe daman elədim

Müjdeye vəsli yetir qap bacasından düşsin
Mənzele qəlbə ki sovdavilə viran elədim

Huru cənnət həvəsilə ki ürək azmışıdı
Onı ommide vesalunla pəşiman elədim

Vəsle dildar əgər istirsən özun fani elə
Bu çətin qissəni bax gör necə asan elədim
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 10
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Bu ki Meyhaniye Çatdım Özim Üryan Eledim

Bu ki Meyhaniye Çatdım Özim Üryan Eledim

faramarz-abdollahpur faramarz-abdollahpur