Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Sonet

Elnur Rəsuloğlu (Əliyev)


Deməli, gedirsən tək qoyub məni,

Bilirəm, bu görüş son görüş deyil.

Heç vaxt əvəz etməz dünyada səni,

Şirin xatirəli bir neçə şəkil.

 

Öpüb, qucaqlayıb rəsmini hər an,

Gözüm yaşla dolu anacam səni.

Dilimə gətirib ismini hər an,

Qarşımda dayanmış sanacam səni.

 

"Sevirəm" sözünü etməklə təkrar,

Sevgimi qiymətdən salmaq istəməm.

Sənsiz bir yerdə mən tutmaram qərar,

Sənsiz bu həyatda qalmaq istəməm.

 

"Ağlasan, ağlaram, gülsən, gülərəm,

Yaşasan, yaşaram, ölsən, ölərəm".

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Sonet

Rəsuloğlu Rəsuloğlu