Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Kasıba

Elnur Rəsuloğlu (Əliyev)


Əylənmək xətrinə araya qoyub

Varlılar çaldılar çəpik kasıba.

Üzünə söydülər, təhqir etdilər,

Varlılar vurdular təpik kasıba.

 

Qara çörək yedi lavaş yerinə.

Hər gün şorba içdi bozbaş yerinə.

Zəhmətlə işlədi, maaş yerinə

Minnətlə verdilər qəpik kasıba.

 

Bir qız sevdi. Nə qız? Güllər butası.

Amma bu sevginin çıxdı xətası.

Elçiləri qovdu qızın atası,

Sevgisi olmadı şərik kasıba.

 

Dostu da olmadı kasıbdır deyə,

Kasıbla dost olmaq ayıbdır deyə,

İnsanlar varlını sayıbdır deyə,

İnsanlar göründü çürük kasıba.

 

Saldı ürəyinə, basdı özünü.

Qaranlıq bir küncə qısdı özünü.

Axırda dözməyib asdı özünü,

Həyatı göründü tupik kasıba.

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Kasıba

Rəsuloğlu Rəsuloğlu