Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Xelil Rza Ulutürke

Elnur Rəsuloğlu (Əliyev)


Ruha qida verir, ruha güc verir

Əşarı Xəlilin, şeri Xəlilin.

Ölsə də, o yalnız cismən ölübdür,

Ruhusa dönübdür geri Xəlilin.

 

Onun əşarıyla boy atmışıq biz,

İlhamlanıb yazıb-yaratmışıq biz,

Ürəkdə heykəlin ucaltmışıq biz,

Qəlblərdə yaşayan diri Xəlilin.

 

Çoxları satıldı, yalançı oldu,

Onunsa həqiqət qazancı oldu.

Azadlıq ən böyük inancı oldu,

Azadlıq ocağı, piri Xəlilin.

 

Onu çox sıxsa da, zindan həyatı,

Sınmadı şerinin qolu, qanadı.

İşıqlı günlərə ümid bağladı,

Qaranlıq olsa da, yeri Xəlilin.

 

Ney kimi sızladı, saz kimi dindi,

Xalqıyla ağladı, xalqla sevindi.

Göyə yüksəlməkçün xalqına endi,

Bəlkə də bu imiş sirri Xəlilin.

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Xelil Rza Ulutürke

Rəsuloğlu Rəsuloğlu