Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
Cavidan  Cavidan
06.04.2015 · 1.595 · 0 · Tahmini 1 dk okuma
Son Yazıları
(0 oy)

İnanmışam

Mələklər göydə olur

Sən qarşıma çıxınca

İnanmışam...

Cənnətdə göydə idi

Sən yanımda olunca

İnanmışam...

Yağış göydən yağardı

Göz yaşın yağış olub

Ürəyimə yağınca

İnanmışam...

Şimşək göydə çaxardı

Sənsizlik şimşək olub

Taleyimə çaxınca

İnanmışam...

Ulduzlar hərəkətsiz

Dururmuşlar səmada

Eşqimizin ulduzu

Göydən yerə axınca

İnanmışam...

“Adi gözlə Günəşin

Üzünə baxmaq olmur”

İlk dəfə gül üzünə baxınca

İnanmışam...

Sənin varlığın məndə

Çox düzü yalan etdi...

Sən yoxkən gör nə qədər

Yalanı düz sanmışam...

Bəlkə sən də yalansan,

Sənə də aldanmışam?...

                                                                                                 (Cavidan Mirzəzadə)

 

 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

İnanmışam

Cavidan  Cavidan