Ramazan ayı gəlip mahe ibadət gəldi
Açılıp həq qapısı aləmə rəhmət gəldi
Siləcək paslı yürəkdən apara zəng u ğubar
Canə seyqəl verəcək nəfsə təharət gəldi
Verdi mövminlərə müjdə yetişip allah ayı
Xeyr əəmali çoxaldun ələ firsət gəldi
Bu qonaqlıqdı xudadən hamını dəəvət edip
Bu itaətdə müsəlmanlara vəhdət gəldi
Sərilip süfreye ikram bütün yer üzünə
Məğfirət ayıdı insanlara bərkət gəldi
Verdi müvminlərə peyğam yazılıp dut orucun
Həqə sarı gedən insanlara zinət gəldi
Qədr axşamı ənip yer üzünə ayeye vəhy
Həq kəlami verip insanlıqa hürmət gəldi
Eşidip ayeye qurani həzin sovtilə
İnanan qəlblərə tab u təravət gəldi
Bu gecə hərkəs ibadət edə min ay yazılar
Kərəmi daşdı xudanin yerə neemət gəldi
Ayıl ey zülməte ğəflətdə yatan bəxti qara
Getgilən həqqə sarı mosime vəslət gəldi
Çağır allahı ürəkdən qayıdıp tovbə elə
Allaha şükr elə ki qəlbə bəsirət gəldi
Ey qaçan izzu şərafət dalısica şəb u ruz
Pak olan kəslərə həqdən şərəf izzət gəldi
Tarix :2024/03/11
(
Ramazan Ayı Gelip Mahe İbadet Geldi başlıklı yazı
faramarz-abdollahpur tarafından
11.03.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.