Ey Olan Sahibe Ünvan Bu Dünya Keçecek
Ey olan sahibe ünvan bu dünya keçəcək
Ey olan müflise dovran bu dünya keçəcək
Nə kasıp kamini almış nədə sultanə qalıp
Əflatunları qocaldıbdı bu dünya keçəcək
Sən çobansan ya vəzir heç ona fərq eyləmiri
Verəcək came əcəldən hamı bir gün içəcək
Keflilər vardı bu dünyadə ki uymuş yaşayır
Başda min uyğuları duyğularıynan köçəcək
O marıqlarda yatan qurtlara bənzər bu əcəl
Beş beş on on gəlip hər gün sürilərdən seçəcək
Xoş onun halına mey camıda yarın gürüri
Ona fərq eyləmiri heç gələcəklə keçəcək
Bixəbərlər nə bilir şürbe mudamın dadını
Eşq dustağıdı meydən tökəcək hey içəcək
Mütribin sazinə can nəşəsilə oynayacaq
Nəfs içində qurulan damıdı tarın tökəcək
(
Ey Olan Sahibe Ünvan Bu Dünya Keçecek başlıklı yazı
faramarz-abdollahpur tarafından
30.03.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.