Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Türki Dilinde Dua Eylemek

Türki Dilinde Dua Eylemek
Ey aqalar aqası
 icabət eyliyən fəqirlər duâsı
Ey ucaldan məqamları əsası
Ey yaxçılıqların mənşəu ziyası
Ey yayılan insanlara mehru vəfası

Ey o ki hamı şey baş əyər əzəmətinə
Ey o ki hamı şey təslimdi qudrətinə
Ey o ki hamı şey zəlildi izzətinə

Ey o ki göylər ucalmış onun əmrilə
Ey o ki yerlər oturmış onun iznilə
Ey o ki ildirimlər dil açıp onun şükrinə
Ey o ki zülm eyləməz əhle məmləkətinə

Ey hamı düzəlmişləri düzəldan
Ey hamı yaranmışları yaradan
Ey pak insanların ruzisin çocaldan

Ey ğeybləri anlıyan
Günahları bağışlıyan

Eyblərin üstin örtən
Ey ğəm çəkənlərlə ğəm çəkən

Ey qəlbləri dolandıran
Ey ürəklərə düktür olan
Ey ürəkləri nurilə dolduran
Ey canlara yoldaş olan
Ey ğəmlərin dügünlərin açan
Ey ənduhları beyinnən aparan
Ey günahları bağışlıyan
Ey danənin həstəsin sındıran

Ey gizlin sirləri bilən
Ey gözəllikləri zahir edən
Ey pisliklərin üstin örtən

Ey pərdələri sındırmıyan
Ey neemətləri çoxaldan
Ey rəhmətini uzaldan
Ey göyləri ucaldan
Ey qəranluqları qəraldan
Ey göz yaşın tökənlərə rəhm eyliyan

Ey ölüləri dirildən
Ey yer özünə ayə əndirən
Ey tez hesabların hesabın görən
Ey eşidənlərin sözin eşidən
Ey görənlərdən yaxçı gördigin görən

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 5
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Türki Dilinde Dua Eylemek

Türki Dilinde Dua Eylemek

faramarz-abdollahpur faramarz-abdollahpur