Tema
Üye Ol Giriş Yap
Şiir Deneme Hikaye Makale Serbest Kürsü Sesli Şiirler Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Yandı Cismim Ateşe Aşkinda Derman İsterem

Yandı Cismim Ateşe Aşkinda Derman İsterem
Yandı cismim atəşe eşqində dərman istərəm
Canimi aldun apardun ayrı bir can istərəm

Mehrilə dustaqə saldun qalmışam veylan pəri
Zülfunìlə çək sürünsin cismi bican istərəm

Lütfilə azad qıl ruhim çıxart zindanidən
Eşqimi könlunda salsın şölə suzan istərəm

Rəhm qıl hicrunda yarım gör nə halə qalmışam
Ağ yanaq pustə dodaq dür tək zinəxdan istərəm

Eylə sən kefli məni bəzme mühəbbətlə nolar
Mən əlindən bir çaxır peymanə xəndan istərəm

Entizare vəslun eu gül artırıp əfkarimi
Ay cəmalundan təcəlli nure ehsan istərəm

Ayrılıqdan gözlərim giryan olubdur ruzu şəb
Bu təmənnaye visalə eşqi nalan istərəm

Dərdə düşseydun bilərdun dərdməndlər ğüssəsin
Ğəm çəkənlər süfrəsində ol ki mehman istərəm

Yollaram bade səbadən mən sənə hər gün səlam
Türrəvi aç ver yelə mən ətre canan istərəm

Bir qayıq verrəm mühəbbətlə səni ğərq etməsin
Eşq dəryasında üzsin sənlə bican istərəm

Atəşe eşqi oturtsın canuva gizlinvə yan
Şöləsiz otda yanan qəlbivi dərman istərəm

Bir məni dindir danışdır işvəli nazlı sənəm
Eşq sovdsinda səndən əhdu peyman istərəm

Bu gözəllik yox züleyxadə sən açma çehrəvi
Mən sənun tək mahruye pakdaman istərəm

Gəzməgə çıxmış sənilən bağda bir gün ələlə
Bu fəramərzi bəzənmiş misle şahan istərəm

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 5
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Yandı Cismim Ateşe Aşkinda Derman İsterem

Yandı Cismim Ateşe Aşkinda Derman İsterem

faramarz-abdollahpur faramarz-abdollahpur