Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Allaha Setayeş

Allaha Setayeş
Sənlə yaranmış hamı peyda olıp
Sənlə su topraqdı təvana olıp

Bayraqun altda oturıp kaìnat
Ey hamı qaìm sənə qaìm be zat

Varlıquvın surəti yoxdur barı
Yox sənə tay kimsə sənun oxşarı

O ki əvəzlənmə götürməz sənən
O ki diri qalmış heç ölməz sənən

Biz hamı fanivu bəqa tək sənən
Paku təâliyu muqəddəs sənən

Əmruvılan topraq olıpdır sekun
Hükmuvılan qubba durıp bisetun

Sənlə fələklərdi ki dövran tutup
Sənlə cəsəd sandıqıdır can tutup

Çun qədəmun ağ qarayə söz verər
Ğeyre to kimdir ki ənəlhəq diyər

Dərgahuva gəlmişəm əlân sənun
Taqəte eşq aldım adunnan sənun

Ta kərəmun dünyaya ehsan yapıb
Yer üzi qimət götirip can tapıb

Gər kərəmun saxlıyasan can alar
Qəhti olar yer üzi qırran salar

Əqde pərəstiş səniləndir nizam
Ğeyre sənə cümlə pərəstiş həram

Hər kim adun səsləməsə xardır
Kim səni yaddan çıxada zardır

Saqi gecə mey camı səndən verər
İsmini quşlarda səhər söyləyər

Pərdə götir bizlərə gördirginən
Gər mənəm ol pərdə ki sındırginən

0l fələk əczin fələkin östə saç
Dünyanın əqdində bu dünyadə aç

Nəsx elə bu ayəte əyyamı sən
Məsx elə bu surəte əcramı sən

Ver qələmə dil danışan sözləri
Sal ədəmə yer eliyən qərzləri

Zülmətiyan rişəsi binur elə
Covhəriyannardan ərəz dur elə

Altı güşə kürsini sındırgınan
Dokkuz əyaq mənbəri atdırgınan
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 9
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Allaha Setayeş

Allaha Setayeş

faramarz-abdollahpur faramarz-abdollahpur