Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Ey Gözleri Şehla Gözel Ey Kameti Rana Gözel

Ey Gözleri Şehla Gözel Ey Kameti Rana Gözel
Ey gözləri şəhla gözəl 
ey qaməti rəəna gözəl
Ey ləblərindən damlayan
 şəhde məne səlva gözəl
Ey çehrəsində parlayan
 nuvrun ələləşya gözəl

Ey qaşları qovsu qəzəh
bu canə salmuşsan fəzəə
Axır nə vəqtəcən dözəh
 ey sirəti ziba gözəl

Hicrun salıp od canıma 
eşqun səfa ürfanıma
Kaş bir gəleydun yanıma
Ey hadiye delha gözəl

Ey eşqimin dürdanəsi
ey əqlimin fərzanəsi
Ey könlümin məstanəsi
ey mahe məhruha gözəl

Verrəm qəsəm öz canıma
as bir qulağ əfğanıma
Şöelə salıpsan canıma
ey kofve bihəmta gözəl

Nolmuş mənə naz eylisən 
könlümi nasaz eylisən
Mehrini çox az eylisən
qıl dərdimə dava gözəl

Dur gəl mənilən bir danış
kin küdrətun at dur barış
Hər dəndə bir halım soruş
ey mehriban hura gözəl

Neylim örəkdir isləyir
gizlincə ismin səsləyir
Aydınca vəslin istəyir
ey canə salmış ca gözəl

Sən bir qoçı mən bir yazıq
Bir yerdə olsaq çox bazıq
Həm söhbət olson bəs sazıq
Mehrun düşip cana gözəl

Gəl tök ətəkdən ol daşı 
qoyma sovışsın ol yaşı
Gəl qoş bu başə ol başı
Ey fitrəti cuya gözəl

Gəl bir mənilən olgınan
bu canə lərzə salgınan
Can qədrin axır bilginən
ey saçı sünbülsa gözəl

Bəlkə bu hicran qurtula 
ənduhu ğəmlər yırtıla
Can vəsli canlan örtülə
ey can verən cana gözəl

Olma faramarz na omid 
birahə getson gər qayıd
Eşqe məcazin boşla dut
eşqe həqiqin ha gözəl

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 10
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Ey Gözleri Şehla Gözel Ey Kameti Rana Gözel

Ey Gözleri Şehla Gözel Ey Kameti Rana Gözel

faramarz-abdollahpur faramarz-abdollahpur