Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Kerem Salmış Bulutlarla Verip Gerdune Can Derya

Kerem Salmış Bulutlarla Verip Gerdune Can Derya
Kərəm salmış bulutlarla verip gərdunə can dərya
Edip dəryani çöl səhrani dərya çalxanan dərya

Tutupdur çölləri buğ qozanıp türke buxara tək
Əlovlar tərkeşe tire tikanlar rişəsin dərca

Bəşirə tay dil açmış müjdeye yusuf verə susən
Edə həsrətlə nərgiz gözlərin yəåqub tək bina

Bu möcizdən sora gül şaxəsində şad olıp bülbül 
Təcəlli eylədi hər şaxiyə yüz möcize musa

Əliye aliye əåla, vəliye valiye vala
Vəsiye səyyede bətha, onun hökmində mafiha

Qəvame cismə covhərdir, zəmane ruhə rəhbərdir
Bu söz nutqe peyəmbərdir vəliye eyzəde dana

Buyurmış bu hədisi həzrəte peyğəmbər əshabə
Şəbe meåracidə görmişdi sirre ləyltül'əsra

Ki dördümci göyin taqində gördim məndə rəhmətdən
Açılmış neççə min məscid dərune məscideləqsa

Ki hər məsciddə min taq vardı hər bir taqda min mehrab
İki yüz mənbər hər mehrabda vardır xoşgülu ziba

Dolandırdım gözim mənbərlərə ləhzə nəzər saldım
Əlini əgləşib mənbərlər üstə gördim ol halda

Peyəmbərdən eşitdi bu sözi əshab dilləndi
Dedi axşam əli əgləşmişidi cəm'ilə burda

Təbəssüm eylədi peyğəmbərə səlman deyip birdən
Özümnən ğeyrisin mən görmədim axşam görə movla

Əbazər söylədi səlmanə peyğəmbər canı axşam
Oturmışdım əlinin xidmətində mən tku tənha

Eşitdi bu sözi zəhraye mərziyye dedi axşam
Əlini sübhəcən mən görmədim evdən çıxa əsla

Ki nagəh cəbrəil həqdən səlam pyğəmbərə vermiş
Ke ey məsnədnişine baregahe qurbe əv ədna

Əgər ki zahir oldım hərkəsə bir vəchilə əmma
Vəliyun hammı yerdən keçdi gəldi aləme bala

Cənabi xəlq edəndir xəlq etmişdir do səd aləm
Hər aləmdə do səd adəm hər adəmdə do səd həvva

Ki var hökmində yüzmin tur hər tur içrə yüz musa
Ki hər musadə minlər bəyzə əndər bəyzə yüz isa

Nə vəsfi bir belə olsın ki aləm içrə söylərlər
Ki xəndəqdən atılmış mərhəb öldirmiş şəhe hica

Əli bir sirredir vəhdətdə ki ol sirrə yox həmta
Əli bir xəlqdir xilqətdə olmış xilqəte yekta

Eşitdi bir belə vəsfi çun ovsafe kəmalindən
Qoyub əl ağzına heyrətdə qaldı buəlisina

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Kerem Salmış Bulutlarla Verip Gerdune Can Derya

Kerem Salmış Bulutlarla Verip Gerdune Can Derya

faramarz-abdollahpur faramarz-abdollahpur