Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Addımın Atmış Bu Dünyaye Beşer Efğanilen

Addımın Atmış Bu Dünyaye Beşer Efğanilen
 Addımın atmış bu dünyayə bəşər əfğanilən
Ruze əvvəldan ğəmi çox çalışır lap canilən

Həzrəte adəm yeyip cənnət içində buğdanı
Atdıla dünyayə gəldi həzrəte həvvaìlən

Əmr edip allah ənun suz yer üzündə ömr edun
Rəstəgar olmaq yer üstə bağlıdır imanilən

Yer üzündə zindəganlıq suzlara olmuş qəza
Şərrilə xeyr kəşməkəşdə nəfsidə ilhamilən

Adəmə təlqin olıp bir neççə kəlmə həqqidən
Allaha tövbə edipdir ol əziz əsmaìlən

Tövbəsin etmiş qəbul pərvərdigare mehriban
Çun ki o təvvabdur rəhmandur qəffarilən

Ey bəniadəm yer östə zinndəganlıq eyləyin
Həq yolıyla seyr edun suz fitrətu vicdanilən

Hər rəsuli suzlara gəlsə bizim dərgahidən
Eyləyun əmrin itaət münsəcim peymanilən

Kimsə ki peyğəmbərimin sözlərin etsə qəbul
Onların yox qorxusı hüzni.olan dünyaìlən

Kimsə ki kafir olıp həq ayətin tutsa yalan
Həmməşəlik qəlmalıdır atəşe mirsadilən

Həqqi örtmə batililən. Bildigunca danma həq
Qıl namazun ver zəkatun ciddi ol ehsanilən

Mərduma sən əmr edirsən yaxçı iş əncam verun
Nəfsivi yaddan çıxardıpsan oxur kitabilən

Qorxun ol gündən ki heç kim heçkəsə etməz kömək
Kimsəyə olmaz şəfaət fedyevu ehdaìlən

Hər kimin imanı var əəmalı salehdir yəqin
Həq yanında qurbı çoxdur qurxmaz heç bir zadilən

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 9
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Addımın Atmış Bu Dünyaye Beşer Efğanilen

Addımın Atmış Bu Dünyaye Beşer Efğanilen

faramarz-abdollahpur faramarz-abdollahpur