Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Dedim Ey Gül Üreğim İçre Nehal Eylemisen

Dedim Ey Gül Üreğim İçre Nehal Eylemisen
Dedim ey gül  ürəğim içrə nəhal eyləmisən
Sinəmi təngə salıp eşqi məhal eyləmisən

Dedi sən çox uca mənzildə zəval eyləmisən
Açmusan eşq mətain nə cəlal eyləmisən

Dedim hərdən mənə bir baş vır ürək çox tələsir
Eşq bazarini gəzmiş mütəal eyləmisən

Dedi bir döz hələ eşq ləzzətini dadmamısan
Bu gözəl vadidə sən tazə visal eyləmisən

Dedim axir məni hicran otuna yandırma
Gəl mulaqatimə bax gör nə məlal eyləmisən

Dedi eşqimdə gərək dərt çəkəsən yaş tökəsən
Bu rahatlıqda mulaqti həlal eyləmisən?

Dedim istəkluva rəhm et bu qədər vermə kədər
O yanan könlüni sən hal ba hal eyləmisən

Dedi eşq dai'sisən yandır özun fani elə
Bu yolun yokkuşı çox sən nə xeyal eyləmisən

Dedim aç hüsnuvı görsət qoy özim fani edim
Eşq dəryasına saldun nə məcal eyləmisən

Dedi məəşuqəni görməkligə pak et ürəğun
Nəfs bazarını bax gör nə fəal eyləmisən

Dedim ol mehruvılan sən məni etmişsən əsir
O gözəlliklə məni dərdə duçar eyləmisən

Dedi çox nale'vu zar etmə du gəl düz yolınan
Xeyr əməllər göti gəl qəsde visal eyləmisən
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 4
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Dedim Ey Gül Üreğim İçre Nehal Eylemisen

Dedim Ey Gül Üreğim İçre Nehal Eylemisen

faramarz-abdollahpur faramarz-abdollahpur