Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Karaldı Ğüsseden Kanım

Karaldı Ğüsseden Kanım
Qaraldı ğüssədən qanım
Du gəl ey dərdli sultanım
Ürəkdə ahu əfğanun
Hərasan sızladır canım

Cəbinun dürre rəxşandır
Cəmalun mahe tabandır
Niyə halun pərişandır
Mənim ey şövkətu şanım

Gəl ey məhruye şayəstə
Qədəm qoy gözlərim üstə
Azalsın ğüsson ahəstə
Mənim ey duzlı ceyranım

Qələm tək qaşivə qurban
Bəlali başivə qurban
Axan gözyaşivə qurban
Şəkiba mahe kənânım

Fələk minmişdi bir atda
Gəhi quldır gəhi katda
Günəş qalmaz bulut atda
Göyərdər bağu bostanım

Bu fani ruzegar hərsan
Salır dərdi verir dərman
Gözəllik gördirir hər an 
Kərimdi rəbbe rəhmanım

Düşən bir danə yaprağdan
Sarı ya göy xəzan bağdan
Təmame mülkü afaqdan
Hər'an agəhdi yəzdanım

Yetər mətlubinə talib
Olar həq batilə qalib
Öz əåmalin hamı alib
Müsafirdir bu insanım

Dur ey qəlbi sınan xəstə
Üzun qoy toprağın üstə
Sən Allahdan kömək istə
De ya'rəb tut bu divanım

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Karaldı Ğüsseden Kanım

Karaldı Ğüsseden Kanım

faramarz-abdollahpur faramarz-abdollahpur