Tema
Üye Ol Giriş Yap
Şiir Deneme Hikaye Makale Serbest Kürsü Sesli Şiirler Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Təsəlli



.


Təsəlli


sən mənim olmadım,

ola bilmədin

itdin gözlərimdən bir özgə kimi..

başı buludlarda gizlənən

dağların arxasında gizləndi gülüşlərin..

 

hayladım səni.. 

tapşırığı yerinə yetirə bilməyən uşaqlar kimi

daşlara dəyib

üzümə qayıtdı səsim.

 

sən mənim olmadın,

istəmədin qollarımda mışıl-mışıl uyumaq,

qollarım sənə beşik olsun istəmədin...

getdin əyğara yaroldun

sevindirdin düşmanımı...

 

mənsə qaldım burda -

siqaret kötüklərinin arasında,

araq butulkalarının cingiltisində,

ağ qara kağızlar,

ağ qara kağızlarda 

düzümsüz,

uzun qısa misralardır təsəllim...



                                                Hikmet Carçılı ORHUN



.



 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Təsəlli

Hikmət Orhun Hikmət Orhun