Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Qem Eyleme

Qəm eyləmə, ey dil, yenə canana yetişdik, 

Hicran əzabından yapışıb cana yetişdik.


Həsrətlə baxardıq saçın öpdükdə küləklər, 

Xoşdur ki, ayağın öpən ünvana yetişdik. 


Əvvəl dava-dərmana da möhtac idik onsuz, 

Çox şükr bu əfsanəvi loğmana yetişdik. 


Səhralara salmaqla bizi test eləyirmiş, 

Səhv anlayıb həm küfr ilə nöqsana yetişdik. 


Meyxanəyə meyl etdik o getdikdə səd əfsus, 

Məscidləri tərk eyləyib üsyana yetişdik. 


Getdikdə necə hicrlən üsyan eləmişdik, 

Gəldikdə qoşulduq ona, imana yetişdik. 


Eşq əhlinə nöqsan deyil aldanmağı əsla, 

Hikmət, nə xoş ümmid ilən irfana yetişdik.

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Qem Eyleme

Hikmət Orhun Hikmət Orhun