Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Raheti Can

Görsə, hər kim hüsnünü cənnət marağından keçər,
Gülsitanın tərk edər, bülbüllü bağından keçər. 

Ləblərin qəndin dadan tapdıqca rahətlik tapar, 
Rahəti-canə gedən yol çün dodağından keçər. 

Zahid heç cür hurini göylərdə axtarmaz, əgər
Bilsə, səntək hurilər hər gün qabağından keçər.

Qaşların yayın görən can qatilin bulmuş sanar, 
Atdığın müjgan oxu dəlmiş dalağından keçər.

İntizarın göynədər hər binəvanı, ağrısı
Sol tərəfdən fırlanıb sancıyla sağından keçər. 

Sənlə gəlsin eybi yox hər cürnə dərd, aşiq məgər
Dərd gəlincə səhrasından, sinə dağından keçər?!

Hikmətin halın bilən kəslər bilir, axşam-sabah
Hicr onun yorğan-döşək, yırtıq-yamağından keçər.
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Raheti Can

Hikmət Orhun Hikmət Orhun