Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Hübab Tek

Bəzərdin ömr gülşənim nə vaxtsa afitab tək, 
Nədəndi getmisən, özün yetiş bu narə ab tək. 

Utandırırdın afitabı hər gün eyb ilən gedir,
Çəkirdi ayı qırmızı yanağa bir niqab tək. 

Nə qarə gözlülər gəlib-keçib bu yolla daima, 
Deyildir hər gülüzlü sən gülüzlü yara bab tək. 

O qədri zülm vermisən, bu köksüm üstü dağ-dağ, 
Yox istifadə eyləyim silah əzaba tab tək. 

Hər inqilab özündə bir sən ehtiva edir, fəqət 
Sənin bu tərk qılmağın deyildir inqilab tək. 

Nə Məcnun ilə tay tut, nə Fərhad ilə yad qıl, 
Əlim qabar-qabar, ciyər, dalaq kömür - kabab tək.

Bu eşq var, dənizdir uc-bucağı olmayan dəniz, 
Mənəm külək qımıldayanda qeyb olan hübab tək. 

Süz əlli-əlli, saqiya, qalan şərabdır, nə qəm
Bizim təsəllimiz də incidir di gəl şərab tək. 

Yaz əvvəl-axır, Hikməta, görüb bu şe'ri kimsələr, 
Deyər bəhatəndən ol nigara haqq-hesab tək.
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Hübab Tek

Hikmət Orhun Hikmət Orhun