Online Üye
5643
Online Ziyaretçi
20
.
.
Divani (ekspriment)
Aşiq olan haqdan gələr, eşqinə qurban gedər,
malı-mülkü talan olar, ara yerdə can gedər.
vaxt varıydı bir gəzərdik bülbül ötən bağları,
yar adına qurban olum niyə mənnən yan gedər.
doğulannan yazılıbdı taleyinə zülümlər,
şərbətinə zəhər qatıb əli qannı zalımlar.
vaxt vədəsi yetişəndə, hökm olanda ölümlər,
gözümüzdın yaşlar axar, dünyadan insan gedər.
qul hikmətim qocalıbdı, cavan qalıb harası,
danışmaqnan işi yoxdu, şadlanmaqnan arası.
dizinin taqəti gedib, saçlarının qarası,
ürəyinnən ağrı keçər, yarasınnan qan gedər...
Hikmet Carçılı ORHUN
.