Online Üye
Online Ziyaretçi
Köçhaköç düşəndə keşikdə gözlər,
Sərçələr bir nazik budağda qışlar.
O dağda quraqlıq olsa, sərt keçər,
Şaxta adam kəsər bu dağda qışlar.
Ətəyin ocaqlar, başın adağlar,
Göylərə baş çəkir, başın, a dağlar.
Yar çəkib bağrımın başına dağlar,
O dağda dincələr, bu dağda qışlar.
Hikmət, azad da sən, qıfıllanan da,
İşarə ver dilin qıfıllananda.
İnsan altdan-üstdən qıfıllananda,
Soyunar əynini budağ da qışlar.
Yazarın
Önceki Yazısı