Online Üye
Online Ziyaretçi
Pərim! (qoşma)
Gedərəm özümdən, getmə gözümdən,
Olum gözlərinə sadağa, pərim!
Dişlərin muncuqdu, ləblərin qəndi,
Nə söz deyim ol ay qabağa, pərim!
Nar sinən üstündə bol görükərmiş,
Halın halımızdan hal görükərmiş.
O dağdan bu dağa yol görükərmiş,
Qalxıb bu dağdan da o dağa, pərim!
Şaham dörd tərəfə əmrim işləsin,
Atım şaxə qalxsın, yeli döşləsin.
Bəri dayan, bir öpsün, bir dişləsin,
Qoyma Qul Hikmətə qadağa, pərim!
Hikmət Carçılı ORHUN
.