Online Üye
Online Ziyaretçi
.
Lütf elə!
can çürüdü, ağıl getdi, huş itdi,
hər əməyim döndü zaya lütf elə!
dalınınan sürünməkdən yıxıldım,
mənim kimi binəvaya, lütf elə!
nə baxışın gözlərimi sarmadı,
nə tellərin mənə sillə vurmadı.
elə getdin dağ yerində durmadı,
dağ döşündən qopdu qaya, lütf elə!
bu nə nazdır, bu nə tavır, ədadır,
heç bilmədim dodaqların nə dadır.
qul hikmətim özün bilməz gədadır,
din-imana, haqqı-saya, lütf elə!