Neçe İl Cismimi Bu Dakmede Zindan Eledim
Neçə il cismimi bu dəxmədə zindan elədim
Ta həlal ruzi yeyəm kəsb kəma kan elədim
Heyf ki bilmədim əlân bu yaşayış keçiri
Keçəcəklə gələcəklə ürəğim qan elədim
Ayrılıq könlümə ğəm yüklərin üst üstə salıp
Gör nəqədr ğüssə yazıq nəfsimə mehman elədim
Nəqədər səxt sovuşır sübhu məsa təkligilə
Bədəni bir kəm huquqilə girovgan elədim
Bir günin müntəziridim açıla babe nəcat
Şayəd az dəxlilə bu hicridə payan elədim
Çoxlı illər vəli bu şiklu şəmayeldə keçip
Təzə bildim ki əbəs ömrimi ərzan elədim
Bir ilin zəhməti hətta üç aya yoxdı kəfaf
Bu ağır dərdi belə sinədə pinhan elədim
Əql sordı ki tərazuye ədalət nec'olıp
Zahirən həqqin adıyla itip eålan elədim
Getmədim seyru səyahətlədə heç bir tərəfə
Arzıları əyağ altında pəşiman elədim
Təməå ilə iki dünyamı təbah etmiyə ta
Hirsidə nəfsin içində gənə zindan elədim
Ürəğim xoşdı fəqət bir zada bu ğəmlə ki mən
Nəfsi ommide vesalunla xuraman elədim
Neçe İl Cismimi Bu Dakmede Zindan Eledim başlıklı yazı faramarz-abdollahpur tarafından
02.01.2025 tarihinde sitemize eklenmiştir.
Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu, kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.
İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz.
Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
- Yorumlar 7
- Yorum Yaz
- Tebrikler
- Beğenenler
- Popüler Yazıları
Yükleniyor...
Yorum yazmak için giriş yapın.