Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Aghchemashhad

Aghchemashhad
Gənə ruhim quşı seyr eyləyiri ağcaməşhəddə
Çox gözəl xatirələr vardı uşaqlıqdan o kətdə

Gətirəm şərhə qələm dəftərilə heç başa gəlməz
O keçən günləri tərsim eləmək nəqqaşa gəlməz

O təbiətdə gözəlliklərilə gün keçirərdik
Sadəcə bir yaşayışla nə gözəl ömr sürərdik

Tagiri at eləyip şüv şığayıp yorğa qovardıx
Qabağa dərrədə yarğanda çıxaydı atılardıx

Genə bayram qabağı bizdə ələ şüppik alardıx
Dağ daşı seyr eləyip çöllərə xoş sayə salardıx

Axtarardıx keçələ'kovla gahı mırça dərərdik
Təhinin pambuğını pak eləyip keflə yeyərdik

Qovzayardıx qamalaxları gəhi kəngərə xatir
Gah görərdik yel atıpdır qamalax altı boş axir

Görükən vəqtidə kəngər yeri şüppiklə qazardıx
Toprağın pak eləyip torbaya səlqeylə salardıx

Çöl otından yeməli hərnə oleydi götürərdik
Tərəni şəftəlini dərmiş ağızdan ötürərdik

Necə novruz'gülilər rəng'berəng çöldə çıxardı
O xanım rəngisini çoxlı uşaqlarda yığardı

Susuzan vəqti gedip dağ döşinə qar gətirərdik
Yeri bir daşla döğip toprağını bərk eliyərdik

Qarı tökmiş çolıya bir neçə barmaqla dələrdik
Sonra barmaq dəlikindən su içip hal eliyərdik

Gah topraq yaş olan vəqtidə başmaq götirərdi
Altı zığ bağlıyıp hərdən elə lapban ötirərdi

Yorulan vəqti əyaq kəndə sarı tez götirərdik
Yorğun arğın bədəni evimizə bir baş yetirərdik

Anaya zovqilə biz torbadakın pişkeş edərdik
Anadan bəllə alıp şovqıla meş'meş yeriyərdik
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Aghchemashhad

Aghchemashhad

faramarz-abdollahpur faramarz-abdollahpur