Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Eşqim

Eşqim
Sən mənim təzəcə aldığım nəfəsim.
Sən mənim xeyallara daldığım kəsim.
Sən mənim tablolara çizdiyim rəsim.
Könlümə çeşmi pünhan  olub axarsan?

Məni kəpənək kimi canlandıransan.
Ruhunla ruhumu qanadlandıransan.
Göyərçin tək məni pərvazlandıransan.
Eşq atəşinde təkcə mənlə yanarsan?  

Şirin baxışınla  qayğıya  boğursan .
Hər gün ömrümə günəş kimi doğursan.
Dəniz tek ürəyimdə eşqlə coşursan.
Gül bağımda bircə sən bağban olarsan ?

Baharın rənginə boyadın ömrümü.
Çox görməsin Yaradan sənli  günümü.
Xoş söhbətinlə  unutturdun dünümü.
Bu sınıq  könlümü sevginle sararsan?

Aşıq Kərəm olub nəğmə  düzərsən.
Eşq vadisində məşuk olub gəzərsən.
Ala baxışlarınla eşqlə  süzərsən.
Leylin olaramsa, Məcnun tək sevərsən?

10.06.2025
 ....EŞQİM....
..Fatima Ahmet..✍️
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Eşqim

Eşqim

Fatima Ahmet Fatima Ahmet