Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Tanrım Beni Baştan Yarat..

Tanrım Beni Baştan Yarat..

Tanrım, məni başdan yarat deyirəm, 

Yaman yordu həyat adlı yük məni…

Başqa hansı libas versən, geyirəm, 

İnsan adlı bu bədəndən sök məni …


Böcək elə, ləçəklərə tuş olum, 

Ya da göydə azad uçan quş olum, 

Çiçək elə, könüllərə xoş olum, 

Şəhidlərin məzarında ək məni ….


Gəzsən əgər qarış-qarış hər bağı, 

Suyu varsa yamyaşıldır yarpağı…

Harda görsən suya həsrət torpağı, 

Yağış olum buludlardan tök məni …


Xatirəsi yandırmasın  ötənin, 

Yaşanananın , olub keçib bitənin…

Bir ot olum torpağında vətənin,  

Çəmənlərin xalısına bük məni…


Günəş elə, yanım, yanım, sönməyim…

Bir yol olum, gedim, amma dönməyim…

Ya  daş elə, danışmayım, dinməyim, 

Bir kasıbın divarına tik məni …


Demə sənin üzünə ağ olmuşam, 

Sən ol dedin… sayəndə  sağ olmuşam…

Tutaq ağac ya da ki dağ olmuşam, 

Qoymağa bir yer tapılmaz tək məni?


Görsən məndən kimsə xeyir almadı, 

Görsən əgər… yenə, bu da olmadı…

Görsən daha başqa yolu qalmadı, 

Al ruhumu, göy üzünə çək məni….

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 5
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Tanrım Beni Baştan Yarat..

Tanrım Beni Baştan Yarat..

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova