Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Göyler Kızı Uçak Kazasında Hayatını Kaybetmiş Hostes Höküme Eliyevanın Ruhuna Sonsuz İhtiramla

Göyler Kızı Uçak Kazasında Hayatını Kaybetmiş Hostes Höküme Eliyevanın Ruhuna Sonsuz İhtiramla

Şair sənə demişdi ki,  əzəldən 

Kuşkanadlı uçaqların qızısan…

İndi daha ruhun gəzir  göylərdə, 

İndi daha uzaqların qızısan….


Səma sənə, sən səmaya yar oldun, 

Son anadək kömək üçün var oldun, 

Niyə belə tez uçmaqdan yoruldun?((

İndi daha uzaqların qızısan…


Güvən verdin sənə baxan gözlərə, 

Ümid qatdın son dediyin sözlərə, 

Səndən sonra sözün qaldı bizlərə…

İndi daha uzaqların qızısan…


Zalım fələk bir az altdan almadı, 

Səsin qaldı, başqa heç nə qalmadı((

Səndən sonra “heç nə yaxşı olmadı”…

İndi daha uzaqların qızısan…


De, beləmi dönəcəkdin sən yerə?(

Ümid, arzu pərən  düşdü min yerə, 

Aradabir ruhunu al, en yerə…

İndi  daha uzaqların qızısan …


Göylər qızı, qəlbimizdə çən oldun, 

Dilimizdə bayatıya tən oldun, 

Bu nağılın qəhrəmanı sən oldun….

İndi daha uzaqların qızısan…. 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Göyler Kızı Uçak Kazasında Hayatını Kaybetmiş Hostes Höküme Eliyevanın Ruhuna Sonsuz İhtiramla

Göyler Kızı Uçak Kazasında Hayatını Kaybetmiş Hostes Höküme Eliyevanın Ruhuna Sonsuz İhtiramla

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova