Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Beni

Beni

Mən razıyam səndən gələn əzaba…

Gözünü süz …baxışınla kəs məni…

Dəlisiyəm saçlarının, bilirsən,

O sevdiyim saçlarından as məni…

             

Dodağından çıxan sözdü fərmanım…

Əllərinin istisidi dərmanım…

Sən olmasan buz bağlayır sol yanım…

 Qoy ərisin… tut bağrına bas məni …

            

Sevməyinə ümid  tapım sözündə…

Bu sevgiyçün  işıq görüm gözündə… 

Elə yatır,  elə uyut dizində , 

Oyatmasın səndən qeyri səs məni…

          

Səni sevib arzulardan doğulum,

Sevinc olum,  üz-gözünə dağılım…

Yanağının qəmzəsində boğulum, 

Öldürməsin səndən başqa kəs məni ….

          

Ay Allahım, niyə verdin kədər sən?

Bu bəndəni düşünmədin  məgər sən?

Qismətimə yazmırdınsa  əgər sən, 

Niyə ona aşiq etdin bəs məni?

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Beni

Beni

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova