Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Darıxmaq

Darıxmaq

Gedən gedir… heç düşünmür qalanı…

Qalanınsa cəhənnəmdi  hər anı…

Özləməkdir  səni dərdə salanı, 

Ürəyindən vurulmaqdı darıxmaq.


Külək döyən qapını o sanarsan….

Həsrətinin soyuğundan donarsan, 

Yoxdu deyə için-için yanarsan…

Öz yağında qovrulmaqdı  darıxmaq.

         

Ətirinin qoxusu var  otaqda, 

Saçlarının teli gəzər yataqda…

Gecələri uyuyarsan ayaqda, 

Göz yaşıyla yoğrulmaqdı darıxmaq.

          

Küçələrdə axtararsan izini, 

Yada düşər xatirənin həzini…

Xatırlayıb baxışını, sözünü , 

Küləklərlə sovrulmaqdı darıxmaq.


O getdisə həyat durar gözündə, 

Güzgülərdə  tanış gəlməz üzün də…

Öz-özünü tapammazsan özün də…

Gedən ilə yox olmaqdı darıxmaq.


Darıxmaq(türkcə-özləmək) 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Darıxmaq

Darıxmaq

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova