Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Sevginin Hayali

Sevginin Hayali

Qulağıma pıçılda, adımı səndən duyum,

Eləcə dur bax mənə, gözlərində uyuyum..

Ovucların içinə yerləşərmi əllərim? 

Üstünü örtmək üçün  bəs edərmi tellərim?

Döysəm qapını sənin,  isidərmi  ocağın?

Bir ömürlük qalmağa yer verərmi qucağın? 

Köçürərsənmi məni ruhunun yaddaşına? 

Gedərsənmi  mənimlə dünyanın o başına? 

Sus,  cavab vermə hələ,  ümidimə  işıq ol…

Şirin xəyallarıma  arzu ol, yaraşıq ol…

Bir diləyin tərkinə minək gəzək səmanı, 

Vaxt dayansın bizimçün, ram eyləyək zamanı.

Göy üzündən boylanaq, bir bucaq seçək bizə, 

Huzurlu və işıqlı  ev olsun sevgimizə…

Orda olmasın nə qəm, nə sevinc ağlamasın, 

Tutduğumuz arzular gözümüzdə qalmasın…

Orda hər şey başqa cür, orda hər kəs  saf olsun, 

Orda ürəklər təmiz,  hamıda insaf olsun…

Günəşi qaynar olsun, yağışı bulaq kimi, 

Pis adamlar olmasın arada alaq kimi…

Qaçaq xəyal dalınca, axırda onu yoraq…

Orda gündüzlər gəzib gecələr nağıl quraq.

Orda yaşa dolduqca sevgimiz də çoxalsın, 

Nə yaramız qalıbsa gedək, orda sağalsın.

Çoxmu qəliz danışdım, ya istəyim çox oldu? 

Xəyala daldım, getdim….bütün qəmim yox oldu…

Yaxın gəl qulağına pıçıldayım adını, 

Eh, boş ver…gəl dinləmə sən bu dəli qadını….


Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Sevginin Hayali

Sevginin Hayali

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova