Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Xoşbextliyin Yeri


      İnsançün dünyanın ən gözəl yeri 

      Sevdiyi gözlərin qarasındadır…

      Ən acı xatirə, ən ağır yaddaş 

      Ən çox sızıldayan yarasındadır….

                

      Həyatda  ağlayıb gülməyən insan,

      Dostluğun qədrini  bilməyən insan, 

      Sevgisi  yolunda ölməyən insan 

      Boşa  yaşayanlar  sırasındadır…

              

      Dedilər, məhəbbət insana yarmış, 

      Sevgisiz bir dünya hər kəsə darmış…

      Dedilər, dünyada xoşbəxtlik varmış, 

      Amma demədilər, harasındadır…

              

      Viranə qoymusan gəlib, ürəyi….

      Özünə yer etdin dəlib ürəyi….

      Sənə vermişəmsə bölüb ürəyi, 

      Xoşbəxtlik səndəki parasındadır….

                

      Sənə qarşı gəlmək deyil həddimə, 

      Bu eşqin dərdini danışım kimə?! 

      Mənim yaşamağa icazəm, demə, 

      İki dodağının arasındadır….

      

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 11
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

Xoşbextliyin Yeri

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova