Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Bir de Gelmek İstemeyiz Dünyaya

Bir de Gelmek İstemeyiz Dünyaya

Ölüm- zülüm yaşamışıq ,  doymuşuq…

Bir də gəlmək istəmərik dünyaya… 

Biz adını fani dünya qoymuşuq….

Bir də gəlmək istəmərik dünyaya….

             Nə eləsək, düzdə qaldı düzümüz,

             Ömür boyu  gülmədi ki üzümüz….

             Xoşbəxtlikdə qalsa belə gözümüz, 

             Bir də gəlmək istəmərik dünyaya…

Əhd bağlayıb sonda atdı yar bizi, 

Əldən saldı şaxta bizi…qar bizi…

Elə yordu gedərkən  yollar bizi , 

Bir də gəlmək istəmərik  dünyaya….

               Ha bəslədik, bar vermədi gülümüz, 

               Haqlı ikən  qısa oldu dilimiz,

               Yaxasından heç düşmədi əlimiz, 

               Bir də gəlmək istəmərik dünyaya…

Doğulanda ağlamırıq boş yerə,

Bu günlərə gəlmişik görə-görə,

Yolumuza  yüz cürə nemət sərə ,

bir də gəlmək istəmərik dünyaya….

                 Bu dünyanın özü çətin sınaqdır…

                 Tərifi də  məzəmmətdir , qınaqdır…

                  Bu dünyada onsuz hamı qonaqdır….

                  Bir də gəlmək istəmərik dünyaya….

Ümidləri qıran, yaxın kəs oldu …

Alnımıza nə yazıldı nəs oldu…

Bircə dəfə yaşamışıq …bəs oldu…

Bir də gəlmək istəmərik dünyaya…

Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Bir de Gelmek İstemeyiz Dünyaya

Bir de Gelmek İstemeyiz Dünyaya

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova