Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Hayat

Hayat

     

     Həyat….


     İllərlə hörməti qazanan insan, 

     Özünü gözlərdən sala da bilir…

     “Sən mənim  ən doğma kəsimsən” deyən

     Çevrilib düşmənin ola da bilir….

                Yüz arzu tutursan, milyon cür dilək, 

                Deyirsən yaşayaq, sevək, sevilək….

                Bir şeyi hesaba almırsan…..fələk

                ayrılıq zəngini çala da bilir….

     Həyatda nə görsən nahaq, boşadır….

     Yaxşısı pisiylə cütdür, qoşadır,

     Hansı xatirə ki acı yaşadır 

     Ömürlük ağlında  qala da bilir ….

                Aldanma xoş sözə , inanma dilə,

                Öyrəndık bunları biz zaman ilə,

                “Əvəz olunmayan” desələr belə ,

                Hamının boş yeri dola da bilir….

     Boşa yaşadınsa qalmayır ismin,

     Güvənmə cavansan, gözəldir cismin ….

     Ən böyük rəssamın çəkdiyi rəsmin

     Vaxt gəlir, rəngləri  sola da bilir ….

                Bilməzsən  papağa  hördüklərini ,

                Tikana çevirər dərdiklərini ,

                Güvənmə dünyaya , verdiklərini

                Bir gün əllərindən ala da bilir ……

     Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Hayat

Hayat

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova