Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Könlüm

Könlüm

   Könlüm…


   Düşdü o yarı gördüyüm anda dara könlüm , 

   Eşqində cavab almayıb aldı yara könlüm…


   Hər nazını, hər cilvəsini sinəyə çəkdi,

   Gəldi dəxi bu dərdlər əlindən zara könlüm…


   Cananı görüb əğyar ilə, düşdü həvəsdən, 

   Bir matəmə batdı və geyindi  qara könlüm…


   Öz dərdini anlatmaq üçün çağladı, coşdu, 

   Yoldaşlıq edib neyə, qoşuldu tara könlüm…


   Hər səmtə baxanda gözünə yar görünürsə, 

   Bu eşqin əlindən axı getsin  hara könlüm?


   Loğmanı çağırdıq ,  əlacı bircə zəhərmiş….

   Zəhri- mar üçün, ey Şəfa , möhtac mara    

   könlüm….

 (Şəfa- mənim təxəllüsümdür(sizde mahlas) Şəfa-Şifa demek…

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Könlüm

Könlüm

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova