Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

İnsanlık

İnsanlık

İnsanlıq…


İnsanlıq nə varda, nə də sərvətdə,

İnsanlıq vəzifə -rütbədə deyil.

Güclüyə, varlıya olan “hörmət”də, 

İnsanlıq kitabda, xütbədə deyil.

              İnsanlıq hər kəsə eyni göz ilə, 

              Eyni ölçü ilə baxa bilməkdir!

              İnsanlıq and deyil, bircə söz ilə

              İnanıb əlini sıxa bilməkdir!

İnsanlıq güvənmək , etibar etmək, 

İnsanlıq insana inam deməkdir…

Verdinsə,  sözünün ardınca getmək,

Uğrunda zəhər də,  bal da  yeməkdir…

             Böyüyün önündə təzim et, əyil,

             İnsanlıq yaşlıya hörmət deməkdir!

             İnsanlıq yalanla, haramla  deyil, 

             İnsanlıq halalca zəhmət deməkdir!

Kiçiyə yol göstər, ziyan görməsin, 

İnsanlıq  zəifə  arxa durmaqdır…

Haqqına girməsin arzun heç kəsin…

İnsanlıq “insanca” xəyal qurmaqdır…

            Dünyanı yaşaya-yaşaya bildik, 

            Məsələ  “ucalıb  sadə qalmaqmış”!

            Hamımız  dünyaya adam tək gəldik…

            Sən demə insanlıq insan olmaqmış…

Dr.İlhamə Müslümova

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 0
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
İnsanlık

İnsanlık

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova