Şeir yazım… sənə tərif…
Misra-misra… hərf-hərf…
Qoy toxunum zərif-zərif,
İncə-incə sevim səni….
Duz olasan çörəyimə,
Səni yazdım ürəyimə,
Səndən özgəsi nəyimə?!
Can bitincə sevim səni…
Adın üstə mən ad olum,
Üzün gülsün, qoy şad olum,
Uçmağına qanad olum,
Bax beləcə sevim səni….
Ol ümidim… Ol nəfəsim…
Ayağını yerdən kəsim,
Ürəyinə çatsın səsim,
Ürəyincə sevim səni…
Sevmək üçün gec olmaya,
Arzularım puç olmaya,
Başqa işim heç olmaya…
Heyy eləcə sevim səni…
İstəyirsən ulduz dərim,
Ayağın altda gül sərim,
Təki istə, canım verim,
Başqa necə sevim səni?)))
Dr.İlhamə Müslümova