Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Gözlerimin Üstüne

Gözlerimin Üstüne

   Bu ömür yollarında ayrı düşməyək deyə, 

   İzimi toxumuşdum izlərinin üstünə…

   İçimdə saxlamışdım xətrinə dəyər deyə, 

   Başqa söz deməmişdim sözlərinin üstünə…


   Kor kimi inanırdım hər sözünə kəlmənə,

   Bir dəfə aldatmadım, yalan demədim sənə,   

   Gündə kələk gəlirdin  bu sadəlövh,  saf mənə..

   Yüz yalanı geydirdin düzlərimin üstünə …


   Səni hamıdan fərqli, mən müqəddəs sayardım,

   Haqqında kim pis  desə, gözlərini oyardım …

   Yolunda düşünmədən başımı da qoyardım, 

   Bir kərə  baş qoymadın dizlərimin üstünə…


   Heç nə olmamış kimi belə baxma üzümə..

   Daha  yer yoxdur  səbrə, can qalmayıb   

   dözümə…

   Səndən sonra birtəhər gəlirdim mən özümə …

   Gəlişinlə od saldın közlərimin üstünə…


   Bu həyat yollarında yaşamadın,  ötüşdün…

   Ürəyimi vermişdim…ürəyimdən də deşdin …

   Ay vicdansız , ay zalım, gözümdən niyə   

   düşdün? 

   Axı səni qoymuşdum gözlərimin üstünə…

   Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 13
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Gözlerimin Üstüne

Gözlerimin Üstüne

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova