Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Ölene Kadar

Ölene Kadar


       Bir nağıl içində yaşayırdım mən, 

       Hər kəs bu halıma gülənə qədər…

       Deyirdim, sən mənim güvən yerimsən, 

       Özüm öz gözümü silənə qədər…


       Kimsə nəsə desə həmən danırdım ,

       Mən səni hamıdan əziz sanırdım, 

       Hətta  özümdən də  çox inanırdım, 

       Sənin kimliyini bilənə qədər…


       Hər gecə dəhşətdən  oyanacağam, 

       Pəncərə önündə dayanacağam…

       Bəlli ki mən hələ çox yanacağam, 

       Sağalıb özümə gələnə qədər…


       Fikrimdən, qəlbimdən , önümdən çəkil…

       Adımı hər yerdən, yaddaşından  sil..

       İllər keçsə belə unutmaram , bil, 

       Mən sənin zərbəni ölənə qədər…

       Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Ölene Kadar

Ölene Kadar

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova