Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Sevgi

Sevgi

   Ömrümün  sənli payız, yazlarını sevmişəm,

   Ədanı bəyənmişəm,  nazlarını sevmişəm, 

   Səninlə bağlı hər şey elə əziz olub ki, 

   Sən gəlib-gedən yolun tozlarını sevmişəm…


   Saçlarını oxşayıb qadasını almışam, 

   Gözlərinə bənd olub  kölgəsində qalmışam, 

   Zahiri gözəlliyin hələ bir yana dursun, 

   Ürəyinə vurulub ürəyimə salmışam…


   Ətrini çiçəklərə, güllərə tay demişəm, 

   Kipriklərinə  mən ox, qaşına yay demişəm, 

   Sənə qurban etməyə olmasa da heç nəyim, 

   Bircə olan ömrümü mən sənə pay demişəm…


   Sənsiz bu boyda dünya gözlərimə dar mənim,

   Yerim hardadı desən, ürəyimi yar mənim…

   Səndən gələn ağrıya, acıya da dözərəm,

   Yetər ki bir baxışla gəl, yaramı sar mənim …


   Bircə busəni qıysan mən sənə yüz verərəm, 

   Sevgimdən alış deyə sinəmdən köz verərəm, 

   Adını yazmışamsa bircə dəfə ürəyə, 

   Bir ömürlük sevməyə mən sənə söz verərəm…

   Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 14
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Sevgi

Sevgi

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova