Tema
Üye Ol Giriş Yap
Şiir Deneme Hikaye Makale Serbest Kürsü Sesli Şiirler Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Saxlayıram

Saxlayıram

Sinəmdə sol yanım sənin yerindi, 

Dilimdə bir nalə, “kaş” saxlayıram…

Baharın üzünə həsrətəm indi, 

İllərdi ömrümü qış saxlayıram….


Qürur eşqə təslim olmasın deyə, 

Gözümü sıxıram dolmasın deyə…

Ancaq məhəbbətim solmasın deyə, 

Mən onun dibini yaş saxlayıram…


Etdin.. nələr etdin… nə qədər etdin…

O qədər illəri sən hədər etdin…

Şeytantək ruhumu dərbədər etdin,

Səninçün cibimdə  daş saxlayıram…


Gedəndə canımdan sən can almısan,

Məni bir tanınmaz  hala salmısan((

Demə ki yaxşısan yaxşı qalmısan 

Birtəhər dözürəm , baş saxlayıram…


Gəl mənim sevgimi gətirmə dilə,

Kimsə sevə bilməz mənimtək, belə…

Bir gün qayıdarsan ümidi ilə

Hələ də ürəyi  boş saxlayıram…

Dr.İlhamə Müslümova

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Saxlayıram

Saxlayıram

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova